Bitkilər bizim qəbul etdiyimiz qidaların 80 faizi və nəfəs aldığımız oksigenin 98 faizidir. Bu gün ətraf mühitin çirklənməsi və iqlim dəyişməsindən tutmuş zərərvericilərin yayılmasına qədər çoxsaylı amillər onlara təhlükə törədir ...
Mayın 14-də Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib ...
Mayın 22-də “Qırmızı kitab”ın üçüncü nəşrinin işıq üzü görməsi planlaşdırılır. “Qırmızı kitab”a düşən balıq növlərinin sayı da artıb. Bu nəşrə Kür siyənəyi və Volqa siyənəyi də əlavə olunub. “Qırmızı kitab”a düşən Xəzər qızılbalığı, qayabalığı, qızılı şirbit, Kür şirbitinin vəziyyəti heç də ürəkaçan deyil ...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə il ərzində, həmçinin moratorium müddətində intensiv reydlər aparılır ...
Məlum olduğu kimi hər il mayın 1-dən sentyabrın 1-dək ölkədəki bütün su hövzələrində sənaye balıq ovuna qadağalar tətbiq olunur. İdman və həvəskar balıq ovu ilə məşğul olan şəxslər isə mayın 1-dən iyunun 30-dək Xəzər dənizi, Xəzərə tökülən çaylar və onunla əlaqəli olan kanallarda həvəskar və idman balıq ...
Dünyada dəyişən ekoloji şərait, artan əhali sayı və antropogen təsirlər balıq ehtiyatlarından da yan keçməyib. Elm adamlarının, ətraf mühit mühafizəçilərinin həyəcan siqnalı çalması vəziyyətin son dərəcə ciddi olmasından xəbər verir. Araşdırmaçılar belə qənaətə gəliblər ki, tükənmiş ehtiyatların zərəri çirklənmə, iqlim dəyişikliyi ...
Azərbaycanda mayın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək ...
Mayın 13-ü axşamdan 15-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Mayın 13-ü və 14-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var ...
Mayın 13-ü Beynəlxalq Köçəri Quşlar Günüdür. AZƏRTAC xəbər verir ki, bu gün 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Əvvəlcə bu beynəlxalq tarix yalnız may ayında qeyd olunurdu, 2018-ci ildən isə ildə iki dəfə ...
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə növbəti regional müşavirə Lənkəran şəhərində keçirilib. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ədliyyə nazirlikləri ...
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” marketlər şəbəkəsinin Dövlət Statistika Komitəsinin yaxınlığındakı filialından, "Bravo" marketlər şəbəkəsinin "Koroğlu" və "20 Yanvar" metro stansiyalarına yaxın yerləşən filiallarından ümumilikdə 34 kiloqram işlənmiş batareya toplanılaraq "Təhlükəli Tullantılar" ...
Dünyada şirin suya olan tələbat hələ bu qədər yüksək olmamışdı: Milli Coğrafi Cəmiyyətinin məlumatına görə, biz məişətdə, kənd təsərrüfatında və sənayedə yüz il bundan əvvəl olduğu ilə müqayisədə səkkiz dəfə daha çox su istifadə edirik. AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, ABŞ-ın ən böyük elm və təhsil təşkilatlarından ...
İstirahət günlərində - mayın 13-14-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur–Yalama Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 13-ü gündüz və 14-də arabir yağış ...
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq orta məktəblərdə ...
Azərbaycanda mayın 13-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron ...
Havanın çirklənməsi insan sağlamlığına və ətraf mühitə ziyan vurmaqla yanaşı, həm də tarixi binaların və abidələrin səthini məhv edir. Bu, xüsusən Avropada özünü büruzə verir. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bunu UNESCO-nun ekspertləri ...
COP28 ərəfəsində enerji və texnologiya liderləri yaşıl hidrogenlə bağlı problemləri müzakirə ediblər
Sənaye, texnologiya və enerji liderləri yaşıl hidrogenin geniş miqyasda istehsalı və hidrogen iqtisadiyyatının böyüməsi qarşısında duran əsas problemləri həll etmək üçün Əbu-Dabidə bir araya gəliblər. Bu iclas Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Sənaye və Qabaqcıl Texnologiyalar Nazirliyinin bu ilin noyabrında keçiriləcək COP28 iqlim ...
Atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsi məqsədilə növbəti monitorinqlər səyyar laboratoriya və portativ cihazlar vasitəsilə ölkənin cənub və şimal-şərq bölgəsində keçirilib. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva ...
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 12 May - Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar bitkiçilik təsərrüfatlarında maarifləndirmə və təbliğat işləri həyata keçirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a ...
Birləşmiş Millətlər Təşkilatı tərəfindən mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilib. Həmin təqvim gününün qeyd olunmasında əsas məqsəd bitki örtüyünün məhv olmasının qarşısını almaq, ərzaq çatışmazlığını aradan qaldırmaq, yoxsulluğu ...