×
A
A
A
Sazlamalar

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Bakı, 2 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Elşən Mustafayev, Alim Vəliyev, Səxavət Süleymanov və Neftçala rayon sakini Rüfət Səfərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir su anbarından və Kür çayından 870 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb”,- deyə xidmət rəsmisi bildirib.

 

 

Ekologiya 2023-08-02 15:23:00