Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb. Ən çox yağış Qax, Şəki, Qəbələ rayonlarında qeydə alınıb. Eyni zamanda, Tərtərdə, bəzi Mərkəzi Aran rayonlarında, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrinin ərazisində də yağış müşahidə olunub. Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb. Kür çayının Qıraqkəsəmən məntəqəsində, Qanıx çayında da artım qeydə alınıb. Ən çox artım Göyçay və Türyançayda müşahidə olunub. Qarasuçayda suyun səviyyəsi 72 santimetr artıb. Quba rayonunun ərazisindən axan Vəlvələçayda suyun səviyyəsində 16 santimetr artım müşahidə olunub. İntensiv leysan nəticəsində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yamaclardan gələn yağış suları sel əmələ gətirib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, avqustun 27-si gündüzdən başlayaraq ölkə ərazisində yağmursuz və mülayim hava şəraiti müşahidə olunur: “Hazırda yağmursuz və mülayim hava şəraiti davam edir. Avqustun 28-də ölkə ərazisində mülayim və əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur”.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb