Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Bakı, 27 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən, ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Qəbələ, Qax, Şəki, Tərtər, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında leysan xarakterli yağış səhər saatlarından kəsilib.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova saat 16:00-a olan məlumat əsasında bildirib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur. Hazırda İsmayıllı rayonunda 25, Göyçay rayonunda 30, Qəbələdə 25, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 29 dərəcəyədək, Aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunur.
Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq
COP29 zamanı menyular QR kodla təqdim olunacaq, qidalanmada yerli məhsullara üstünlük veriləcək
Mütəxəssis: Ətraf mühit insan orqanizminin funksiyalarına əhəmiyyətli dərəcədə təsir edir