×
A
A
A
Sazlamalar

Qanunsuz yolla istehsal edilən ağac kömürünün daşındığı müəyyənləşdirilib

Bakı, 4 avqust, AZƏRTAC

“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Şabran rayonunun Gəndob və İsmayıllı rayonunun Burovdal kəndləri ərazilərində nəqliyyat vasitələri ilə qanunsuz yolla istehsal edilən ağac kömürünün daşındığını müəyyənləşdiriblər.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, avtomobillərə baxış zamanı “Qaz-69” markalı, 32-BA-507 dövlət qeydiyyat nişanlı avtomobildə hər birinin çəkisi 5 kiloqram olan 100 kisə, “Mitsubishi” markalı, 10-JN-186 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində isə hər birinin çəkisi 4 kiloqram olan 250 kisə kömür aşkarlanıb.
Faktlarla bağlı nəqliyyat vasitələrinin sürücüləri Hikmət Musayev və Kamran Hüseynov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-08-04 12:35:00