×
A
A
A
Sazlamalar

Nazir müavini: İşğal dövründə Şuşanın ekoloji durumuna ciddi zərər dəyib

Şuşa, 4 avqust, Göyçək Mahmudlu, AZƏRTAC

İşğal dövründə Şuşanın, ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizin ekoloji durumuna ciddi zərər dəyib.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Şuşada keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
Ərazilərimizin erməni işğalından azad olunmasından sonra bərpa-yenidənqurma işlərinə başlandığını diqqətə çatdıran nazir müavini əlavə edib: “İki ildir ki, burada abadlıq işləri aparılır, ərazilər yenidən qurulur. Nazirlik tərəfindən də davamlı monitorinqlər həyata keçirilir. Görülən işlər göz qabağındadır. Bundan sonra da əsas məqsəd bu torpaqları yenidən qurub bərpa etmək və abadlaşdırmaqdır”.

Ekologiya 2023-08-04 14:30:00