×
A
A
A
Sazlamalar

Qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən edilib

Bakı, 3 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Göyçay rayonunun Cəyirli kəndindəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 2,8 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağac emalı sexinin kənd sakini İlqan Rəhimova məxsus olduğu məlum olub.
Faktla bağlı sexin sahibi barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Sexdə aşkarlanmış işlik meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Ekologiya 2023-08-03 10:36:00