Qanunsuz akvakultura fəaliyyəti ilə məşğul olması faktları müəyyən edilib
Bakı, 2 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Neftçala rayonunun Həsənabad qəsəbəsində vətəndaş Fərid Məmmədovun, Ağdaş rayonunda Türyançay çayının sahilində isə vətəndaş Məhəmməd Hacıyevin qanunsuz akvakultura fəaliyyəti ilə məşğul olması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı qanunsuz akvakultura fəaliyyəti ilə məşğul olan F.Məmmədov və M.Hacıyev barədə akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb