×
A
A
A
Sazlamalar

Karxanadan qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib

Bakı, 2 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən, Lənkəran rayonu Liman şəhəri ərazisindən və Tərtər rayonunun Zolgörən kəndində fəaliyyət göstərən karxanadan qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Sumqayıt şəhərində “Ford” markalı, 77-EL-681 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İlkin Ağabalayev və üzərində dövlət qeydiyyat nişanı olmayan ekskavatorun sürücüsü Elşən Xudiyev, Lənkəran rayonunda “ZİL-130” markalı 42-BR-685 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Elşad Bayramov, Tərtər rayonunda isə “KamAZ” markalı 26-BA-261 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə karxananın iş icraçısı Böyükkişi Cümşüdov tərəfindən daşındığı məlum olub.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-08-02 17:46:00