×
A
A
A
Sazlamalar

İyulun üçüncü ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Bakı, 3 avqust, AZƏRTAC

Respublikanın əksər bölgələrində iyul ayının üçüncü ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 2º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə norma daxilində olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 27º, Qarabağ bölgəsində, Mil-Muğan, Gəncədə, Goranboyda və Mərkəzi Aranda 27-29º, Lənkəran-Astara bölgəsində 27º, Tovuz-Qazaxda 19-27º, Qubada 24º, Dağlıq Şirvanda 25º, Şəki-Zaqatalada 25-27º qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəy və Qazaxda 12º, Qubada 17º, Dağlıq Şirvanda 16-18º, Naxçıvanda, Şəki-Zaqatalada və Lənkəranda 18-19º, Cəfərxanda 21º, Mərkəzi Aranda və Qarabağ bölgəsində 22º, Tovuz və Gəncədə 19-20º, Maştağada 23º təşkil edib.

Ekologiya 2023-08-03 12:41:00