Şuşada ekoloji məsələlər üzrə işçi qrupun iclasında bir sıra məsələlər müzakirə edilib
Şuşa, 4 avqust, Göyçək Mahmudlu, AZƏRTAC
Şuşada Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Şuşa rayonunun biomüxtəlifliyi və onun tədqiqi, Şuşa şəhərində bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, Şuşa şəhərində yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi perspektivləri, Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin su təchizatının təmin edilməsi məqsədilə Zarıslı çayı üzərində planlaşdırılan su anbarının texniki-iqtisadi əsaslandırma layihəsi, Şuşa yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü, Kəlbəcər və Laçın rayonlarında tikintisi planlaşdırılan su-elektrik stansiyaları, Şuşa şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb