×
A
A
A
Sazlamalar

Adı “Qırmızı Kitab”a düşən Şərq tibb zəlisi ovlayan şəxs cəzalandırılıb

Bakı, 3 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş Şərq tibb zəlisi ovlayan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, araşdırma zamanı zəli ovlayan şəxsin Sumqayıt şəhər sakini Azər Cəfərov olduğu müəyyənləşdirilib, ondan ovlanmış zəlilər götürülüb.
“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”, - deyə xidmət rəsmisi vurğulayıb.

Ekologiya 2023-08-03 12:24:00