×
A
A
A
Sazlamalar

Avstriyanın əsas müxalifət partiyası olan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) iyunun 3-də keçirilən qurultayında partiyaya yeni sədr seçilib. AZƏRTAC xəbər verir ki, 603 nümayəndənin iştirak etdiyi qurultayda nümayəndələrin 53,02 faizi Hans Peter Doskozilin, 46,81 faizi isə onun rəqibi Andreas Bablerin lehinə səs veriblər ...

Dünya 2023-06-04 02:45:00

İyunun 3-də keçirilən andiçmə mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini elan edib. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Çankaya sarayında keçirilən tədbirdə dövlət başçısı ...

Dünya 2023-06-03 23:25:00

İsrailin Müdafiə Nazirliyi Misirlə sərhəddə baş verən silahlı atışmada iki israilli əsgərin öldürülməsi, bir zabitin isə yaralanması barədə məlumat yayıb. AZƏRTAC “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, israilli əsgərlərə hücum edən terrorçu da öldürülüb ...

Dünya 2023-06-03 16:38:00

Hindistanın Odişa ştatında iki sürətli sərnişin və bir yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 290-a yüksəlib, təxminən 900 nəfər xəsarət alıb. AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, Baş nazir Narendra Modi gün ərzində hadisənin baş verdiyi əraziyə və xəstələrin müalicə ...

Dünya 2023-06-03 15:40:00

Türkiyə NATO-nun xahişi ilə iyunun 5-dək Kosovoya xüsusi təyinatlı qüvvələr taboru göndərəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. “Kosovodakı hadisələrdən sonra NATO-nun Neapol şəhərindəki Müştərək Qüvvət Komandanlığının xahişi ilə ...

Dünya 2023-06-03 15:38:00

Ukraynanın gözlənilən əks-hücumu müxtəlif ssenarilər üzrə inkişaf edə bilər. AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” qəzetinə müsahibəsində söyləyib ...

Dünya 2023-06-03 15:27:00

Metohiya vilayəti ərazisində yerləşən Zveçan şəhərində yaşayan serblər yenidən etiraz aksiyası keçirib. AZƏRTAC xəbər verir ki, etirazçılar Kosovonun xüsusi təyinatlı qüvvələrinin regiondan çıxarılmasını və yeni seçilən alban bələdiyyə sədrlərinin istefasını tələb edirlər ...

Dünya 2023-06-03 14:49:00

Çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) ilə humanitar atəşkəs barədə imzaladıqları sazişə baxmayaraq, Sudan ordusu öz qüvvələrini Xartuma toplayır. Atəşkəsin müddəti bu axşam başa çatacaq. AZƏRTAC Al-Hadath telekanalına istinadla xəbər verir ki, Sudan ordusunun dəstək ...

Dünya 2023-06-03 13:30:00

Avropa İttifaqı Qırğızıstanda bərpaolunan enerjinin inkişafına investisiya qoymağa hazırdır və Bişkek enerji sahəsində Brüsselin dəstəyinə güvənə bilər. AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqların gedişində bildirib ...

Dünya 2023-06-03 12:40:00

Qərb Kiyevə hərbi dəstək göstərməsə, Ukraynadakı müharibə bir neçə həftəyə bitə bilər. AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bu barədə Sinqapurda keçirilən “Şanqri-La dialoq” forumunda çıxışı zamanı bildirib ...

Dünya 2023-06-03 11:49:00

Prezident seçkilərində 27 milyon 834 min 589 səslə qalib gələn Rəcəb Tayyib Ərdoğan bu gün yerli vaxtla saat 14:00-da Türkiyə Böyük Millət Məclisində and içərək rəsmən vəzifəsinin icrasına başlayacaq. AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, inauqurasiya mərasimində 78 ölkədən yüksəkvəzifəli şəxslər ...

Dünya 2023-06-03 11:29:00

Bu gün Ankarada keçiriləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 21 dövlət başçısı, 14 baş nazir, habelə nazirlər və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlığı Təşkilatının rəhbərləri iştirak edəcəklər ...

Dünya 2023-06-03 11:00:00

İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı müharibənin sülh yolu ilə həlli planını - atəşkəsin əldə olunması, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib ...

Dünya 2023-06-03 08:51:00

Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri Buyar Osmani Kosovonun şimalındakı 4 rayonda yeni bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı çağırışları dəstəkləyib. AZƏRTAC xəbər verir ki, o tvitter səhifəsində yazıb ...

Dünya 2023-06-03 07:50:00

Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib. AZƏRTAC xəbər verir ki, bu barədə ştat hökumətinin mətbuat xidməti məlumat yayıb ...

Dünya 2023-06-03 07:03:00

OPEC+ ölkələri iyunun 4-də Vyanada keçiriləcək iclasda neft bazarındakı mövcud vəziyyəti qiymətləndirəcək və buna görə qərar verəcək. AZƏRTAC xəbər verir ki, bunu İraqın neft naziri Hayyan Abdel Qani jurnalistlərə bildirib. “Son vaxtlar çoxlu maneələrlə üzləşməyimizə baxmayaraq, OPEC+ gözlənti və təxminlərin ...

Dünya 2023-06-03 06:41:00

ABŞ Prezidenti Co Bayden gələn həftə Britaniya və Danimarkanın Baş nazirləri ilə görüşlərdə Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını, o cümlədən “F 16” təchizatını müzakirə edəcək. AZƏRTAC xəbər verir ki, bunu cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar ...

Dünya 2023-06-03 06:18:00

İyunun 5-dən 12-dək “Türk axını” qaz kəmərində plana uyğun olaraq illik texniki xidmət işləri aparılacaq. Bu müddət ərzində qazın nəqli dayandırılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un mətbuat xidməti məlumat yayıb ...

Dünya 2023-06-03 05:45:00

ABŞ bazar günü keçiriləcək OPEC+ nazirlər toplantısında neft bazarında sabitliyin davam etməsi ilə bağlı razılığın əldə olunacağına ümid edir. AZƏRTAC xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru ...

Dünya 2023-06-03 05:30:00

Çinin Tayvan adasında bütün ictimai nəqliyyatda elektriklə işləyən nəqliyyat vasitələrindən istifadə üçün 2,1 milyard dollar vəsaitin ayrılması təsdiqlənib. AZƏRTAC xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb ...

Dünya 2023-06-03 05:25:00