“Numbeo” qlobal məlumat bazasının versiyasına görə, Böyük Britaniyanın Preston şəhəri Avropanın ən təhlükəli şəhəridir. Preston sakinlərini son üç ildə artan cinayətkarlıq səviyyəsi və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının çoxalması narahat edir ...
ABŞ Müdafiə Nazirliyi 2024-cü maliyyə ilində yeni silahların hazırlanmasına və alınmasına ümumilikdə 300 milyard dolların ayrılması üçün sorğu təqdim edib. AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, silah ehtiyatlarının ...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Afrikanın Buynuz bölgəsində 130 min insan aclıq fəlakəti ilə üzləşib. Bundan başqa, həmin regionda yerləşən Cibuti, Efiopiya, Keniya, Somali, Cənubi Sudan, Sudan və Uqandada təxminən 48 milyon insan qida çatışmazlığından əziyyət çəkir ...
Tunisin sahil-mühafizə xidməti İtaliyanın Lampedusa adasından cəmi 130 kilometr uzaqlıqda yerləşən sahilboyu ərazidə 1008 qanunsuz miqranta qarşı xüsusi əməliyyat keçirib. AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, polisin dəstəyi ilə keçirilən əməliyyat zamanı Qərbi Afrika ...
Rusiya ordusunun Donetsk vilayətində növbəti hücum əməliyyatları səbəbindən Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlər şiddətlənib. AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, şəhərin qərbində yerləşən Konstantinovka rayonu güclü raket atəşinə tutulub ...
Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü Li Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) vəzifəsinə təyin olunub ...
Fevralın sonunda Antarktidada dəniz buzu sahəsi 1,83 milyon kvadratmetrkilometr təşkil edib. Bu, qışın son ayı üçün rekord aşağı göstəricidir. AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Meteorologiya Təşkilatının rəsmisi Kler Nullis bildirib ...
Amerikalı molekulyar bioloqlar Nyu-Yorkda boz siçovulların 16,5 faizdən çoxunun koronavirusa yoluxduğunu aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Mikrobiologiya Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, bu, gəmiricilərdə SARS-CoV-2-nin yayılmasının monitorinqinin zəruriliyini göstərir ...
İsrail Avropaya təbii qaz ixracını artırmağa hazırdır, buna görə mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün Kiprdə infrastrukturun yaradılması məqsədəuyğundur. AZƏRTAC xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İtaliyanın şirkətlər ...
ABŞ-dan olan həkimlər COVID-19-dan sağalmış təxminən 400 min insanın damarlarında qan laxtalarının əmələ gəlmə prosesini izləyiblər. Müəyyən ediblər ki, koronavirus infeksiyası 55-84 yaş arası insanlar arasında qan laxtalanma riskini 1,8-5,4 dəfə artırır ...
İsveçrə Avropa İttifaqının ardınca zəlzələdən zərər çəkmiş əhaliyə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün Suriyaya qarşı sanksiyaları altı ay müddətinə yumşaldıb. AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb ...
Eyndhoven Texniki Universitetinin bir qrup tələbəsi günəş enerjisi ilə işləyən yolsuzluq avtomobili (SUV) layihəsini təqdim ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə “NL Times” informasiya portalı məlumat yayıb. Layihə rəhbəri Wisse Bos bildirib ki, “avtomobil çətin yolsuzluq şəraitinin öhdəsindən ...
Rusiya martın 14-də BMT Təhlükəsizlik Şurasının Ukrayna böhranının həllinə mane olan amil kimi rusofobiya ilə bağlı iclasının keçirilməsini istəyib. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib ...
Afrikanın cənub və şərqindəki 11 ölkədə artan ölümlə müşayiət olunan vəba hadisələri çoxalıb. AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrikadakı Regional Ofisinin rəhbərinin müavini Like van de Wiel deyib ...
Amerikanın “Meta” şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir. AZƏRTAC xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. “Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş müstəqil sosial ...
Türkiyənin Ali Seçki Şurası ölkədə prezident seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib. AZƏRTAC xəbər verir ki, bu barədə xəbər hökumət qəzeti “Resmi Gazete”də dərc olunub. Prezident seçkilərinin ikinci turu keçiriləcəyi təqdirdə, bu, mayın 28-də baş tutacaq ...
İrəvan merinin müavini Gevorq Simonyan saxlanılıb.AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Simonyan 2020-2022-ci illərdə səhiyyə nazirinin müavini postunu tutarkən rəsmi öhdəliklərini yerinə yetirməyib ...
ABŞ Prezidenti Co Bayden ABŞ-nin İrana qarşı birtərəfli sanksiyalarını daha bir il uzatmağa qərar verib. AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb ...
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də, ehtiyac yaranacağı təqdirdə ikinci tur mayın 28-də keçiriləcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, müvafiq qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb ...
Səudiyyə Ərəbistanı və İran rəsmiləri iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, Tehranda və Ər-Riyadda səfirlikləri açmaq barədə razılığa gəliblər. AZƏRTAC Saudi Press informasiya agentliyinə istinadla xəbər verir ki ...