Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına keçir. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. “Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir ...
Bu il Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscid İşləri üzrə Baş rəyasət heyətinin sədri Əbdülrəhman əl-Sudais məlumat verib. AZƏRTAC “Saudi Press” informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı ...
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb ...
İyunun 5-də Türkiyənin 500 nəfərdən ibarət komando taboru NATO-nun regiondakı kontingenti üçün ilk əlavə qüvvə kimi Kosovoya gəlib. AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının bəyanatında deyilir ...
ABŞ-ın Silah Zorakılığı Arxivinin (GVA) məlumatına görə, bu il Birləşmiş Ştatlarda ümumilikdə 17,737 nəfər silahlı hücumlar nəticəsində həyatını itirib. Yanvardan iyunun əvvəlinədək bu ölkədə 268 kütləvi atışma baş verib, həlak olanlarla yanaşı, 14 723 nəfər yaralanıb ...
Türkiyə milli maraqlara əsaslanan və istənilən formada təsirdən müstəqil olmağa hədəflənən xarici siyasət konsepsiyasına sadiq qalmaqda davam edəcək. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin yeni xarici işlər naziri ...
Türkiyənin yeni vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinin icrasına başlayıb. Səlahiyyətlərin təhvil-təslim mərasimi bazar ertəsi günü Ankarada keçirilib. AZƏRTAC “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, sabiq vitse-prezident ...
İyunun 10-11-də Vyanada Ukraynada sülh naminə beynəlxalq konfrans keçiriləcək. AZƏRTAC xəbər verir ki, Avstriyanın sosial-demokrat və solçu partiyalarının birgə təşkil etdiyi tədbirdə “Sülh naminə Vyana Bəyannaməsi”nin də qəbul ediləcəyi gözlənilir. Bəyannamədə bütün siyasətçilərə Ukraynada ...
Rusiya Federasiyasında 12 nəfər alkoqollu içkidən zəhərlənərək həyatını itirib. AZƏRTAC xəbər verir ki, hadisə Rusiyanın Ulyanovsk və Samara vilayətlərində baş verib. Samara vilayətində istehsal olunan “Mister Sidr” az alkoqollu içkisini içən 24 nəfər xəstəxanaya müraciət edib, onlardan 12-si ölüb ...
Pekin Rusiyanı zəbt etdiyi bütün ərazilərdən geri çəkilməyə məcbur edə bilsə, Ukrayna müharibəni dayandırmaq üçün sülh təşəbbüsündə Çini vasitəçi kimi qəbul etməyə hazırdır. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy ...
İyunun 1-dən etibarən Seneqalda davam edən ixtişaşlar zamanı ən azı 360 nəfər xəsarət alıb. AZƏRTAC xəbər verir ki, bu barədə BBC media qrupu Qırmızı Xaç Cəmiyyətinin Seneqal bölməsinə istinadla məlumat yayıb ...
Ukrayna Silahlı Qüvvələri Belçikanın Kiyevə verdiyi silahlardan yalnız müdafiə məqsədilə istifadə edə bilər. Brüssel Belqoroda hücum zamanı həmin silahlardan istifadə halları barədə məlumatları ciddi qəbul edir. AZƏRTAC xəbər verir ki, Belçikanın Baş naziri Aleksander De Kroo KİV-ə müsahibəsində ...
2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizaya qarşı sui-qəsddə əli olan Haiti və Çili vətəndaşı Rodolf Jaar ABŞ-da ömürlük həbs cəzasına məhkum edilib. AZƏRTAC Haiti libre portalına istinadla xəbər verir ki, mart ayında ...
İtaliyalı kardinal, İtaliya yepiskopları konfransının rəhbəri Matteo Cuppi Roma Papasının elçisi kimi Kiyevə gələcək. AZƏRTAC xəbər verir ki, “Müqəddəs taxtın” mətbuat xidmətinin məlumatına görə, xüsusi elçi böhranın həlli yollarını müzakirə etmək üçün ...
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 5-də keçirilən növbəti iclasında dövlət başçısı postuna növbədənkənar seçkilərdə prezident Şavkat Mirziyoyevin namizədliyi qeydə alınıb. AZƏRTAC xəbər verir ki, MSK, həmçinin ölkənin siyasi partiyalarının irəli sürdüyü daha üç namizədin ...
Türkiyə Montrö Konvensiyası əsasında ticarət gəmilərin Qara dəniz boğazları (Bosfor və Dardanel) zonasından keçid rüsumlarını iyul ayından etibarən 8,3 faiz artıracaq. AZƏRTAC xəbər verir ki, Türkiyə Nəqliyyat Nazirliyinin dəniz məsələləri üzrə baş idarəsinin məlumatına görə, iyulun 1-dən gəmilərin Qara dəniz boğazlarından keçid haqqı ...
Hakim “Yedinaya Rossiya” Partiyası Rusiya Dövlət Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulinin partiya fraksiyasından və komitə rəhbərliyindən uzaqlaşdırılması məsələsini müzakirə edir ...
Çinin Leşan şəhərində qaya uçqunu nəticəsində 19 nəfər ölüb, daha 5 nəfər yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumata əsasən, dağıntılar altında ferma qalıb. Xilasetmə əməliyyatı iyunun 4-ü axşam saatlarında başa çatıb ...
“Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb. AZƏRTAC xəbər verir ki, bunu Uqanda prezidenti Yoveri Museveni bildirib ...
Türkiyənin Konya vilayətində atışma olub. AZƏRTAC-ın məlumatına görə, hadisə Ereğli vilayətində bir iş yerində baş verib. İki qrup arasında yaranan mübahisə silahlı atışmaya çevrilib ...