×
A
A
A
Sazlamalar

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Kiyev, 17 aprel, AZƏRTAC

Aprelin 19-da Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Niderlandın Baş nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
“İlk növbədə, Prezident Zelenski Ukrayna-NATO Şurası iclasının keçirilməsini istəyib. Biz aprelin 19-da iclas çağıracağıq. Bu, Prezident Zelenski ilə, daha sonra müdafiə nazirləri ilə görüş olacaq. Ukraynaya daha çox dəstəyə təcili ehtiyac var”, - deyə Stoltenberq qeyd edib.
NATO-nun Baş katib bildirib ki, iclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin yardımı məsələsi müzakirə ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2024-04-17 20:21:00