×
A
A
A
Sazlamalar

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

Pekin, 30 aprel, AZƏRTAC

Çin tərəfinin dəvəti ilə Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien açıqlayıb. O, tərəflərin bu yaxınlarda Pekində hərtərəfli və səmimi dialoq apardığını bildirib.
Qeyd edək ki, HƏMAS Qəzza sektoruna nəzarət edir, FƏTH isə Fələstin administrasiyasının təmsilçisidir. 2007-ci ildə FƏTH Qəzza sektorunda keçirilmiş seçkilərdə HƏMAS-a uduzaraq, bölgəyə nəzarəti itirib.
FƏTH-dən fərqli olaraq, HƏMAS İsraili tanımır və onunla silahlı mübarizənin tərəfdarıdır.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2024-04-30 12:27:00