Yeni Kaledoniyada polisləri hərbçilər əvəz edəcək
Bakı, 21 may, AZƏRTAC
Yeni Kaledoniyada ictimai obyektlərin mühafizəsi müvəqqəti olaraq yerli polisdən alınaraq hərbçilərə həvalə ediləcək.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Təhlükəsizlik Şurasının iclasından sonra bildirib. Dövlət başçısı qeyd edib ki, burada məqsəd “yerli polisin işini yüngülləşdirməkdir”.
Fransa prezidenti hökumətdən dənizaşırı ərazilərlə bağlı sayıqlıq və qətiyyət tələb edib. Hava limanlarının gələn bazar ertəsinədək bağlı qalmasına qərar verilib.
NATO müttəfiqlərinin silah ehtiyatlarını 30% artırmağı planlaşdırır
Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA
Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir
Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib
Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb