×
A
A
A
Sazlamalar

Blinken Çinə dörd günlük səfər edəcək

Bakı, 18 aprel, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken aprelin 23-də Çinə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı diplomat və rəsmilərə istinadla məlumat yayıb.
Dörd günlük səfər zamanı Blinken yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək.
Nəşrin qeyd edib ki, dövlət katibinin səfəri ticarətlə bağlı artan gərginlik, Çinin Rusiya ilə yaxınlaşması fonunda baş tutacaq.

Dünya 2024-04-18 00:44:00