×
A
A
A
Sazlamalar

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Tbilisi, 30 aprel, AZƏRTAC

Mayın 2-5-də Tbilisidə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, toplantıda üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, maliyyə qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Tədbirin gündəliyinə ərzaq və enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, rəqəmsal transformasiya və digər məsələlər daxildir. İllik toplantı çərçivəsində müxtəlif tədbirlər, seminarlar, təqdimatlar keçiriləcək.
Qeyd edək ki, 1966-cı ildə təsis olunan Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir.
AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Azərbaycan banka 1999-cu ildə üzv olub. AİB-in 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-04-30 19:04:00