×
A
A
A
Sazlamalar

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Bakı, 17 aprel, AZƏRTAC

İsrail aprelin 15-i axşam saatlarında İrana qarşı cavab tədbirləri görüb, lakin hücumu təxirə salmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Axios portalı Amerika və İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Vaşinqton administrasiyasının nümayəndələrinin sözlərinə görə, İsrail qərarını ABŞ-a çatdırıb.
Hücumun təxirə salınma səbəbi açıqlanmayıb.

Dünya 2024-04-17 22:21:00