Rumıniyada NATO-nun təlimi keçiriləcək
Bakı, 30 aprel, AZƏRTAC
Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24” hava-desant təlimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq.
“Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.
Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib
Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb
Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib
2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb
BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib