Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir
Bakı, 18 aprel, AZƏRTAC
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə Kiyevin təcili olaraq hava hücumundan müdafiə sistemləri və ehtiyacı olan bütün hərbi yardımlarla təmin olunmasının vacibliyini vurğulayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə görüşün Ukrayna üzrə yekun bəyanatında deyilir.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen demişdi ki, Ukraynaya maliyyə yardımı indi həmişəkindən daha vacibdir.
Həmçinin ABŞ Prezidenti Cozef Bayden İsrail və Ukraynaya yardım paketlərini dəstəkləyib və Konqresi onları tezliklə qəbul etməyə çağırıb.
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü