Son zamanlar havaların soyuması ilə əlaqədar hər il qış mövsümündə müşahidə etdiyimiz kimi respirator viruslara yoluxma halları artıb. Həmin viruslar üst və alt tənəffüs yollarını tutur. Boğaz ağrısı, burun axması və davamlı öskürəklə müşahidə olunur. Həmin viruslar ilk öncə burunun, boğazın selikli qişasında yerləşir ...
Qapalı məkan, yüksəklik, izdiham, su qorxusu və digər səbəblər bəzi adamlarda fobiyaya səbəb olur. Həmin qorxular narahatlıq yaratsa da, psixoloqa getməyə ehtiyac duymurlar. Mütəxəssislər isə fobiyalara psixoloji kömək olmadan qalib gəlməyin mümkün olmadığını deyirlər ...
Qripin ağırlaşmasına səbəb immun sisteminin zəifliyi, həkimə gec müraciət və qeyri-düzgün müalicədir
Son günlər kəskin respirator virus infeksiyaları ilə bağlı müraciətlərin sayı artıb. Əhali arasında yayılan həmin xəstəlik tədricən boğaz ağrısı ilə başlayır və bir neçə gün davam edir. Sonra isə birdən şiddətlənərək hərarətin yüksəlməsi, halsızlıq, iştahasızlıq ...
Bu həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-lə əlaqədar dünya səhiyyəsi üzrə Fövqəladə Hallar Komitəsinin növbəti iclası keçiriləcək. Ekspertlər qarşısında hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmamasını müəyyən etmək durur ...
Azərbaycanda rezidentura səviyyəsində təhsil tətbiq edilməzdən əvvəl bütün dünyanın təcrübəsini öyrəndik, bir çox ölkənin uzmanlıq sistemi ilə yaxından tanış olduq. Bütövlükdə tibbi kadrların hazırlanması, o cümlədən yüksəkixtisaslı ali tibbi kadrların hazırlanması məsələsi Milli Məclisin Elm və təhsil komitəsi ...
2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb ...
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik ediləcək. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin səhiyyə komitəsinin yanvarın 25-də keçirilən iclasının gündəliyinə daxil edilib ...
Milli Məclisdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə ediləcək. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin iş planına daxil edilib. İş planına, həmçinin tibbi tullantıların idarə edilməsi və koronavirus ...
Ötən il dekabrın əvvəlindən bəri COVID-19-a yoluxmaların rəsmi təsdiqlənmiş sayı artır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ...
Dünyanın ən uzunömürlü insanı olan 118 yaşlı fransız rahibəsi Lucile Randon bu il yanvarın 18-də vəfat etdi. Onun ölümündən sonra 115 yaşlı ispan Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi “Ginnesin rekordlar kitabı”na düşdü. AZƏRTAC insanın ən çox neçə il ömür sürə bilməsi ilə bağlı alimlərin qənaəti əsasında hazırlanan ...
Prezident İlham Əliyev 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları ...
Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlətlərarası ictimai səhiyyə və səhiyyə informasiyası Təsisatları Şəbəkəsinin iclası keçirilib. AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları təşkilati-kadr məsələlərini ...
Yanvarın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 563 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 318, ikinci doza vaksinlərin sayı 71, üç və daha çox doza vaksinlərin sayı 137, pozitiv ...
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz ...
Respirator xəstəliklər yuxarı tənəffüs yollarında yarana bilən infeksion proseslərə və iltihablanmalara səbəb olur və onun fonunda hərarətin yüksəlməsi, boğaz ağrıları, burun axma və infeksion proseslərə səbəb olan digər ağırlaşmalar yaranır. Bu sahədə influenza virusu ...
Yanvarın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı ...
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb ...
Hazırda ölkəmizdə mövsümə uyğun olaraq respirator xəstəliklərin aktivliyi müşahidə olunur. Ümumiyyətlə respirator xəstəliklər zamanı demək olar ki, eyni əlamətlər qeydə alındığından insanlar arasında çaşqınlıq yaradır. Belə ki, burun axıntısı, öskürək, temperaturun yüksəlməsi, halsızlıq, əzələ və sümük ...
Uşaqlar arasında “burun və boğaz əti” adlandırılan bir xəstəlik var və onun yaranması zamanı bəzən dərhal əməliyyat etdirməyə üstünlük verirlər. Əslində isə bununla immunitet sistemi zəifləmiş olur. AZƏRTAC xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov bununla əlaqədar deyib ...
Gündəlik həyatda hiss etdiyimiz ən adi ağrılar zamanı ağrıkəsici dərmanlardan istifadə edir, hətta onları özümüzlə çantada daşıyırıq. Lakin araşdırmalar göstərir ki, ən asan, əlçatan və reseptsiz satılan həmin dərmanların insan orqanizminə əks-təsirləri də olur ...