×
A
A
A
Sazlamalar

TƏBİB: Əhalinin səhiyyə sisteminə olan güvəni 52 faizə yüksəldilib

Bakı, 17 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) [email protected]  ünvanına, eləcə də şifahi olan bütün sorğular cavablandırılıb. Cari ilin ilk 6 ayı ərzində qəbul edilən sorğuların sayı 1200-dən çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Mətbuat Gününə həsr olunan tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O qeyd edib ki, əhalinin tibbi maariflənməsinə ekspertlərin və media nümayəndələrinin cəlb olunması nəticəsində ölkə əhalisinin səhiyyə sisteminə olan güvəni 52 faizə yüksəldilib.

Səhiyyə 2023-07-17 12:18:00