Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 21-dən 27-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 70 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 22, ikinci doza vaksinlərin sayı 5, üç və daha çox doza vaksinlərin sayı 38, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 5-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 968 min 927, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 174, ikinci mərhələ üzrə 4 milyon 884 min 314, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 405 min 52, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 387-dir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar