Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 21-dən 27-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 111 yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 832 min 182 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 773 nəfər müalicə olunaraq sağalıb, 10 min 300 nəfər vəfat edib. Aktiv xəstə sayı 109 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 386, bu günə qədər isə ümumilikdə 7 milyon 671 min 823 test icra olunub.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar