×
A
A
A
Sazlamalar

İyulun 15-də Azərbaycanda COVID-19 əleyhinə 19 doza vaksin vurulub

 

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 19 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 6, ikinci doza vaksinlərin sayı 5, üç və daha çox doza vaksinlərin sayı 6, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 968 min 26, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 834, ikinci mərhələ üzrə 4 milyon 884 min 179, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 672, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 341-dir.

Səhiyyə 2023-07-15 16:34:00