×
A
A
A
Sazlamalar

ÜST və FAO-nun ekspertləri: Aspartam dadlandırıcısı kanserogen ola bilər

Bakı, 15 iyul, AZƏRTAC

Aspartamın sağlamlığa təsiri məsələsi Beynəlxalq Xərçəngin Tədqiqi Agentliyi (BXTA), BMT-nin Əraq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qida əlavələri üzrə Birləşmiş ekspertlər komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən araşdırılıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, aspartamın insan üçün kanserogen olması barədə sübutların məhdud olduğunu qeyd edən Agentlik, onu “mümkün kanserogen” qismində təsnif edib, ÜST-ün və FAO-nun Komitəsi isə onun icazə verilən sutkalıq istehlakı normasını bədənin çəkisinə nisbətdə 40 milliqram/kiloqram səviyyəsində təsdiqləyib.
Aspartam süni (kimyəvi) dadlandırıcıdır və 1980-ci illərdən bəri müxtəlif qida məhsullarının və içkilərin, o cümlədən diyetik içkilər, saqqız, jelatin, dondurma, süd məhsulları, xüsusən yoğurt, hazır quru səhər yeməkləri, həmçinin diş pastası və öskürək əleyhinə lolipoplar, çeynənilən vitaminlər kimi dərman preparatlarının tərkibində geniş istifadə olunur.
ÜST-nin qidalanma və qida məhsullarının təhlükəsizliyi məsələləri Departamentinin direktoru Françeska Branka bununla bağlı deyib: “Xərçəng bütün dünyada ən çox ölümə səbəb olan xəstəliklərin sırasına daxildir. Hər il bütün ölümlərin altıda bir hissəsi onun payına düşür. Bu göstəriciləri və inşa tələfatını azaltmağa çalışan alimlər onkoloji xəstəlikləri tətikləyən, habelə onlara səbəb olan amillərin qiymətləndirilməsi istiqamətində tədqiqatları daim genişləndirir. Aspartama münasibətdə qiymətləndirmələr onun adətən istifadə edildiyi dozalarda təhlükəsiz olmasına ciddi şübhələnməyə əsas vermir, amma bu məsələdə əlavə və daha dəqiq tədqiqatlar çərçivəsində onun potensial effektlərinin araşdırılması zərurəti var”.
İki orqan tərəfindən aspartamın istehlakı ilə əlaqədar potensial kanserogen təhlükə və sağlamlıq üçün digər riskləri müəyyən etmək məqsədilə müstəqil, lakin bir-birini tamamlayan qiymətləndirmə aparılıb. Xərçəngin Tədqiqi Agentliyi aspartamı ilk dəfə, ÜST və FAO-nun Komitəsi isə üçüncü dəfə qiymətləndirib.
Agentlik insanda xərçənglə bağlı (məhz hepatosellüliyar kartsionomlar, qaraciyər xərçənginin növləri) əldə olunan nəticələrə əsasən, aspartamı insan orqanizmi üçün mümkün kanserogen maddə qismində təsnif edib. Heyvanlar üzərində eksperimentlərin gedişində və xərçəngin mümkün patogenezi mexanizminə aid olan sübutlar da onkoloji təsirlərə dair dəlillərin məhdud xarakterini göstərib.
Beynəlxalq Xərçəngin Tədqiqi Agentliyi və ÜST yeni məlumatları araşdırmağa davam edəcək və müstəqil tədqiqat kollektivlərinə tövsiyə edirlər ki, onlar aspartamın istehlakı ilə istehlakçıların sağlamlığına təsir arasında potensial əlaqənin əlavə tədqiqini həyata keçirsinlər.

 

Səhiyyə 2023-07-15 14:24:00