×
A
A
A
Sazlamalar

Altı sinfin bütün məzunları tələbə adını qazandı - Şəki məktəbindən rekord nəticə

Şəki, 27 avqust, AZƏRTAC

2025–2026-cı tədris ilində Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbini bitirən altı sinfin hər birinin şagirdləri ali məktəblərə qəbul olunaraq 100 faizlik, iki sinfin şagirdləri isə 90 faizlik yüksək nəticə göstəriblər. Yeni Təmayül Tədris Modeli çərçivəsində məzunların ali məktəblərə qəbul göstəriciləri yüksək qiymətləndirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
‎Bildirilib ki, bu yüksək nəticələr yeni təmayül tədris modeli çərçivəsində həyata keçirilən məqsədyönlü tədris prosesinin və şagirdlərin uğura yönəlmiş hazırlığının göstəricisidir.
Bu il yeni təmayül tədris modeli Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli, Qax şəhər 3 nömrəli, Zaqatala şəhər 5 nömrəli və Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəblərində də tətbiq olunacaq.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-08-27 12:18:00