


Laçın Beynəlxalq Film Festivalı başa çatıb
Laçın, 27 avqust, AZƏRTAC
Laçında üç gün davam edən Beynəlxalq Film Festivalı yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, həmçinin Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, "Hoçazfilm" kinostudiyasının təşkilatçılığı ilə keçirilib.
Festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək, nümayiş olunub. Bu çərçivədə Özbəkistanda istehsal edilmiş "Əmir Teymur" filminin xüsusi Qarabağ premyerası reallaşdırılıb.
Müxbir - Fidan Əlizadə
Gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır
Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO
Altı sinfin bütün məzunları tələbə adını qazandı - Şəki məktəbindən rekord nəticə