×
A
A
A
Sazlamalar

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

Bakı, 19 avqust, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandasının qvineyalı futbolçusu Sidiki Şerif İngiltərə klubuna transfer olunub.
AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, “sarı-lacivərdlilər” 20 yaşlı hücumçunun keçidi ilə bağlı “Koventri Siti” ilə razılığa gəlib.
İddiaya görə, Premyer Liqa klubu bu keçid üçün Türkiyə təmsilçisinə 24,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Sidiki Şerif ötən ilin fevral ayından “Fənərbağça”da çıxış edirdi.

İdman 2026-08-19 16:36:00