


Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
Bakı, 19 avqust, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Luka Modriçin qızı Ema klubun akademiyasına transfer olunub.
AZƏRTAC xəbər verir ki, 13 yaşlı futbolçu Madrid təmsilçisinin qadınlardan ibarət aşağı yaş qruplarında çıxış edəcək.
Ema Modriç daha əvvəl atasının hazırda çıxış etdiyi “Milan” klubunun akademiyasında oynayıb.
Qeyd edək ki, Luka Modriç 2012-2025-ci illərdə “Real Madrid”in formasını geyinib. 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi ötən il “Milan”a keçib.
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz
Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub