


Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
Bakı, 19 avqust, AZƏRTAC
Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının maskotları müəyyənləşib.
Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, maskotlar Azərbaycanın milli nağıl qəhrəmanları Cırtdan və Göyçək Fatma olacaq.
Cırtdan cəsarəti, hazırcavablığı və enerjisi ilə tribunaların əhval-ruhiyyəsini yüksəldəcək. Göyçək Fatma isə zərifliyi və səmimiyyəti ilə azarkeşlərə Azərbaycan qonaqpərvərliyini nümayiş etdirəcək.
Qeyd olunub ki, iki nağıl qəhrəmanı təkcə yarışın maskotları deyil, həm də Azərbaycanın zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən simvollar olacaq.
Xatırladaq ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Azərbaycanda C qrupunun oyunları təşkil olunacaq. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında oynanılacaq.
Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb