×
A
A
A
Sazlamalar

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Bakı, 19 avqust, AZƏRTAC
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Uilyams” komandası ispaniyalı pilot Karlos Saynsla yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, sözləşmənin müddəti açıqlanmasa da, tərəflər arasında çoxillik razılaşmanın əldə olunduğu bildirilib.
Sayns komandanın inkişafına inandığını və “Uilyams”ı yenidən layiq olduğu mövqeyə qaytarmaq üçün əlindən gələni edəcəyini söyləyib.
Qeyd edək ki, “Uilyams” daha əvvəl Saynsın komanda yoldaşı Aleks Albonla da müqaviləni yeniləyib.

İdman 2026-08-19 17:27:00