×
A
A
A
Sazlamalar

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqlara əyləncəli proqram təqdim edəcək

Qax, 1 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün maraqlı və əyləncəli proqram hazırlayır.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uşaqlar əvvəlcə Novruzun personajları olan Kosa, Keçəl və Bahar qızının iştirakı ilə hazırlanmış kompozisiyaya tamaşa edəcək, əylənəcəklər. Sonra onlar Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxacaqlar.
Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Hazırda teatrın yaradıcı kollektivi, eyni zamanda, 2024-cü ilin repertuar planına daxil edilən E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqləri də davam etdirir.

Regionlar 2024-03-01 13:11:00