×
A
A
A
Sazlamalar

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Qusar, 8 may, Elxan Yusifli, AZƏRTAC

Qusarda qəza törədən minik avtomobili rabitə xətlərinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mercedes” markalı minik avtomobili rayon mərkəzindən Balaqusar kəndinə gedən yolda idarəetmənin itirilməsi nəticəsində aşıb.
Qəza zamanı xəsarət alan olmasa da su kanalına düşən avtomobil rabitə və yeni çəkilən internet xətlərinin dirəklərini aşırıb.
Qusar Telekommunikasiya Qovşağından bildirilib ki, idarənin əməkdaşları hadisə yerində olub, fəsadlar aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.


Regionlar 2024-05-08 18:23:00