×
A
A
A
Sazlamalar

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

Gəncə, 8 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində bir çox yaradıcı klaster üzrə tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunacaq.
Həmçinin sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edəcək.

 

 

Regionlar 2024-05-08 17:48:00