×
A
A
A
Sazlamalar

Professor Tamara Sinyavskaya ustad dərsləri keçəcək

Bakı, 10 fevral, AZƏRTAC
Aprelin 7-8-də SSRİ Xalq Artisti, professor Tamara Sinyavskaya Moskvada V.İ.Muradeli adına musiqi məktəbində ustad dərsləri keçəcək.
AZƏRTAC Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun saytına istinadla xəbər verir ki, ustad dərslərində ali musiqi məktəblərinin vokal şöbələrinin tələbələri və musiqili teatrların 22-30 yaş arasında artistləri iştirak edə bilərlər. Onlar bu barədə Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun elektron ünvanına ([email protected]) ərizə ilə müraciət etməli və videoyazı (2-3 əsər) göndərməlidirlər.
Ərizələr aktiv iştirak üçün (yerlər məhduddur) martın 25-dək, passiv iştirak üçün aprelin 6-dək qəbul edilir.

Musiqi 2018-02-10 14:02:00