×
A
A
A
Sazlamalar

Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-dan iyulun 1-dək Moskvada və Sankt-Peterburqda P.İ.Çaykovski adına XVII beynəlxalq müsabiqə keçiriləcək.
AZƏRTAC beynəlxalq müsabiqənin saytına istinadla xəbər verir ki, iştirakçılar arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov (tenor) da var. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.
Dörd ildən bir keçirilən müsabiqənin əsas məqsədi yeni istedadların üzə çıxarılmasıdır.

Musiqi 2023-06-19 07:12:00