×
A
A
A
Sazlamalar

Filarmoniyada Abonement konsertlər təşkil edilib

Bakı, 3 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən 2022-ci ilin noyabr ayından etibarən təşkil olunan Abonement konsertlər cari ilin mart ayında da davam etdirilib.
AZƏRTAC xəbər verir ki, konsertlər hər həftənin şənbə günləri Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçirilib.
Qeyd edək ki, proqram çərçivəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “Klassik musiqidə bahar”, F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun “Yurduma bahar gəlir” adlı konsert proqramları və martın 18-də isə son Abonement konsertində “Cadenza” orkestrinin ifasında maraqlı proqram hazırlanaraq tamaşaçılara təqdim olunub.

Musiqi 2023-04-03 15:14:13