×
A
A
A
Sazlamalar

Novak Cokoviç karyerasında ilk dəfə “US Open”in birinci turunda məğlub olub

Bakı, 31 avqust, AZƏRTAC

Serbiyalı tennisçi Novak Cokoviç “US Open”də mübarizəni ilk mərhələdə dayandırıb
AZƏRTAC xəbər verir ki, 39 yaşlı tennisçi turnirin ilk raundunda argentinalı Mariano Navoneyə 2:3 hesabı ilə uduzub. Tennisçilər kortda 4 saat 40 dəqiqə mübarizə aparıblar.
Bu məğlubiyyətdən sonra hazırda ATP reytinqində beşinci pillədə qərarlaşan tennisçi yenilənmiş siyahıda 11-ci pillədən yuxarı qalxa bilməyəcək. O, sonuncu dəfə 2018-ci ilin iyulunda ATP reytinqinin ilk 10-luğundan kənarda qalıb.
Serbiyalı tennisçi, həmçinin 20 ildən sonra ilk dəfə “Böyük Dəbilqə” turnirində ilk turda mübarizəni dayandırıb. O, sonuncu dəfə 2006-cı ildə Avstraliya Açıq Çempionatında ilk turda məğlub olub.
Qeyd edək ki, N.Cokoviç 24 “Böyük Dəbilqə” turnirinin qalibidir. O, həmçinin ATP reytinqinin zirvəsində ən çox – 428 həftə qalan tennisçi kimi rekordçudur.

İdman 2026-08-31 10:57:00