×
A
A
A
Sazlamalar

Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi çempionatda 200-cü oyununa çıxıb

Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb. Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.
2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu oyunlarda rəqib qapılarına 247 qol vuran qəsəbə klubu öz qapısından 187 top buraxıb.
Qeyd edək ki, Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.

İdman 2026-08-31 11:45:00