×
A
A
A
Sazlamalar

“Zirə” Premyer Liqada mövsümə üçüncü dəfə ardıcıl 3 qələbə ilə başlayıb

Bakı, 31 avqust, AZƏRTAC

Azərbaycan Premyer Liqasının startı “Zirə”nin ardıcıl 3 oyunda qələbə qazanması ilə əlamətdar olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, son üç mövsümdə ilk dəfə iştirakçılardan biri startda belə seriyaya imza atıb. Sonuncu belə hadisə 2023/24 mövsümünə təsadüf edib. Həmin vaxt da indiki kimi “Zirə” ardıcıl üç qələbəyə sevinib. 2017/18 mövsümündə də eyni göstəriciyə imza atan Bakı klubu tarixində 3-cü dəfə ilk üç matçda xal itirməyib.
Qeyd edək ki, ümumilikdə isə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşündə qalib gəlib. Belə uğura 18 fərqli klub nail olub.

İdman 2026-08-31 12:22:00