


“Atletiko” “Yuventus”un futbolçusunu icarəyə götürmək istəyir
Bakı, 31 avqust, AZƏRTAC
İspaniyanın “Atletiko Madrid” klubu İtaliyanın “Yuventus” komandasının kanadalı hücumçusu Conatan Devidi icarəyə götürmək istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Madrid təmsilçisi Turin klubuna 26 yaşlı futbolçunu icarəyə götürmək və mövsümün sonunda onun transfer hüququnu əldə etmək şərti ilə təklif göndərib. Hücumçunun özü də İspaniya klubuna keçməyə müsbət yanaşır.
Qeyd edək ki, tərəflər hazırda müqavilənin detalları ilə bağlı danışıqları davam etdirirlər və razılaşmanı bu gün rəsmiləşdirməyə çalışırlar.
“Zirə” Premyer Liqada mövsümə üçüncü dəfə ardıcıl 3 qələbə ilə başlayıb
“Qarabağ” Dani Bolt ilə vidalaşıb
Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi çempionatda 200-cü oyununa çıxıb
Vidadi Rzayev: “Kəpəz” bu heyətlə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq