


Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib
Bakı, 29 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gəlib. Görüş İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 55-ci dəqiqədə Seyxan Fərəcov vurub.
Açılış görüşündə isə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, turun digər matçları avqustun 30-da və 31-də təşkil olunacaq.
Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib
Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar
Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb
Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb
Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub