


Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.
Yarışa inamlı start verən Coşqun Əliyev ilk görüşündə 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.
İkinci görüşdə qazaxıstanlı Aktinberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçumuz son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, Coşqun Əliyev güclü rəqiblərin yer aldığı mötəbər yarışda qızıl medal qazanaraq “Masters Top 18” turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.
Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib
Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar
Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb
Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb
Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub