


Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub
Bakı, 29 avqust, AZƏRTAC
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən kəmər güləşi (belboğlı kuraş) üzrə dünya çempionatında birinci yerə layiq görülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin əməkdaşı +76 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edilib ki, Gözəl Zutova Dünya kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada dünya çempionudur.
Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib
Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar
Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb
Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb
Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub