×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bakı, 29 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Günün digər oyununda “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun digər matçları avqustun 30-31-də təşkil olunacaq.

İdman 2026-08-29 20:15:00