


Niderlandlı veteran futbolçu: “Qarabağ” topla çox yaxşı oynayan komandadır, bu da rəqibi qıcıqlandırır
Bakı, 27 avqust, AZƏRTAC
“Tvente” üçün çətin oyun olacaq. “Qarabağ” təhlükəli komandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri niderlandlı veteran futbolçu Bram van Polen ölkəsinin “Tvente” komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu ilə bağlı danışarkən deyib.
“Qarabağ” topla çox yaxşı oynayan komandadır, bu da rəqibi qıcıqlandırır. Evdə 0:1 hesabı ilə məğlub olmaq yaxşı deyildi. Ötənilki “Tvente” daha əyləncəli oyun sərgiləyirdi. Amma indi belə deyil”, - deyə sabiq futbolçu qeyd edib.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!
“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq
Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir
Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır